Həm ölkəmizdə, həm də dünyada böyük əks-səda doğuran İkinci Qarabağ müharibəsi Prezident Cənab İlham Əliyevin və Azərbaycan əsgərinin XXI əsrdə yazmış olduğu siyasi və hərbi qələbəsi kimi tarixdə əbədi qalacaq, böyük bir hadisəyə çevrilmişdir. 44 günlük Vətən müharibəsindən sonra regionda siyasi mənzərə yeni dönəmə keçərək, güc və ədalətin Azərbaycan Dövlətinin əlində cəmləşməsi, ermənistanın regionda gələcək taleyini müəyyənləşdirmək kimi ciddi bir reallıqla üz-üzə qoyması, bu da Prezident Cənab İlham Əliyevin peşəkar siyasi fəaliyyətinin nəticəsində baş verdi.Ermənistan İkinci Qarabağ müharibəsində acı məğlubiyyətə düçar olması düşmən ölkəsində müəyyən çətinliklər iqtisadi sahədə geriləmələr yaradaraq burada siyasi çəkişmələrin çoxalmasına gətirib çıxarmışdır.Prezident Cənab İlham Əliyev müsahibəsində qeyd edir "Mən hazıram və mövqeyimi artıq ifadə etdim. Ermənistan tərəfi hazırdırsa, mən də hazıram. Bizim bir görüşümüz olmuşdur və o, Rusiya Prezidenti Vladimir Putinin dəvəti əsasında bu ilin əvvəlində üçtərəfli formatda keçirilmişdir. Mən Paşinyanla o, hazır olanda istənilən zaman danışmağa hazıram. Beləliklə, mən bu, müharibənin bitdiyinin və həmin səhifənin çevrildiyinin yaxşı göstəricisi ola bilər."Prezident Cənab İlham Əliyev bu müsahibədə açıq şəkildə bir daha qeyd edir ki, 30 illik danışıqlar prosesi ərzində Azərbaycanın mövqeyi çox konstruktiv olmuşdur. Bu müsahibəsində olduqca geniş bir şəkildə informasiya verən Prezident Cənab İlham Əliyev düşmən tərəfi yeni komnikasiyaların açılmasına dəvət edərək burada əlaqələrin yaradılması sahəsində irəliləyişə nail olmağa ermənistanı səsləyir. Ermənistan məğlub tərəf olaraq danışıqların yeni müstəvidə aparılmasında daim maraqlı olması, regionun inkişafı üçün böyük rol oynaya bilər, ermənistan qeyri-konustriktiv mövqe sərgiləməməlidir, regionda sülhün ən fəal tərəfdaşı kimi əlaqələrin qurulmasına cəhd göstərmək şansını qaçırmamalıdır. Dövlət başçısı Cənab İlham Əliyev müsahibəsində qətiyyətlə bildirmişdir. Hər tərəfli və geniş bir müsahibədə Prezident Cənab İlham Əliyev bir daha informasiyanın üsul və vasitələrindən imkanlarından istifadə edərək Azərbaycan Respublikasının, Azərbaycan xalqının mövqeyini mili -maraqlarmızın müdafiəçisi kimi dünyanın nüfuzlu informasiya agentliyi vasitəsilə siyasi fikirlərini qeyd etmişdir.Bir vətəndaş olaraq Prezident Cənab İlham Əliyevin bu müsahibəsində qeyd etdiyi fikirləri müsbət qiymətləndirirəm.Bahar Quliyeva,Xocalı rayon sakini